“Baktelecom”un auditini “PwC Azerbaijan” həyata keçirəcək

“Baktelecom”un auditini “PwC Azerbaijan” həyata keçirəcək
# 28 mart 2018 08:16 (UTC +04:00)

“Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) 2017-2019-cu illər üçün auditini aparacaq şirkətin adı açıqlanıb.

APA-Economics” xəbər verir ki, şirkətin auditini “PricewaterhouseCoopers Azerbaijan” (“PwC Azerbaijan”) audit şirkəti həyata keçirəcək.

Qeyd edək ki, hər iki şirkət auditin həyata keçirilməsi ilə bağlı martın 1-də 208,860 min manatlıq müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR