İtalyan klubunun qanalı futbolçusu ana və bacısını qətlə yetirib

İtalyan klubunun qanalı futbolçusu ana və bacısını qətlə yetirib
# 13 iyul 2017 02:15 (UTC +04:00)

“Parma”-nın keçmiş yarımmüdafiəçisi, ötən mövsüm İtaliya çempionatının 5-ci divizionunda, “İmoleze” klubunda çıxış edən qanalı futbolçu Solomon Nyantaki 43 yaşlı anası və 11 yaşlı bacısını bıçaqlayaraq qətlə yetirib.

APA-nın məlumatına görə, bu barədə “Football Italia” xəbər verib.

Məlumata əsasən, 21 yaşlı futbolçu cinayəti yaşadığı mənzildə törədib. Onun Milanda saxlanıldığı bildirilir. İlkin dindirilmə zamanı o, cinayəti boynuna alıb. Hadisənin motivləri barədə hər hansı məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR