Üzümün yeni növünün təhlükəli xəstəlik törətdiyi müəyyən edilib

Üzümün yeni növünün təhlükəli xəstəlik törətdiyi müəyyən edilib
# 06 mart 2017 13:50 (UTC +04:00)

Üzüm bitkisində müvafiq genin senkvens analizləri nəticəsində Azərbaycanda ilk dəfə olaraq yeni fitoplazma növü aşkar olunub və onun təhlükəli “Bois noir” xəstəliyi törətdiyi müəyyən edilib. APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, biologiya və tibb elmləri sahəsində müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan toplanmış ərik bitkisi üzərində aparılan tədqiqatlarla çox zəngin genetik müxtəliflik və şarka xəstəliyinə davamlılıq geninə malik donor genotiplər aşkarlanıb.

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət proqramı” çərçivəsində Azərbaycanda beta-talassemiyaların prenatal diaqnostikası həyata keçirilib. Talassemiya daşıyıcısı olan 40 cütlükdə talassemiya mutasiyaları aşkar olunub.

İlk dəfə zəlzələ ocaqları mexanizmlərinə görə Azərbaycan ərazisinin ayrı-ayrı aktiv zonalarının gərginlik vəziyyəti tərtib olunub.

İlk dəfə Günəş avtomobillərinə təsir edən əsas qüvvələri (ağırlıq, reaksiya, havanın və təkərlərin müqavimətini) nəzərə alaraq, hərəkətin diferensial tənliklərin həll edilməsinə əsaslanan, yol boyunca avtomobilin hərəkətinin simulyasiyası və vizuallaşdırılması üsulu işlənib. Bu üsul üç marşrutda – Hamburq-Berlin, Bakı-Şamaxı və Zaqatala-Tbilisi tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR