Ukraynalı boksçu: “Birinci Avropa Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm”

Ukraynalı boksçu: “Birinci Avropa Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm”
# 25 iyun 2015 09:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının bürünc medalçısı, ukraynalı boksçu Aleksandr Xijnyak “Bakı-2015”lə bağlı təəssüratlarını bölüşüb.

APA-nın noc-ukr.org saytına istinadən verdiyi məlumata görə, o, ilk dəfə keçirilən oyunların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. “Boks turnirində iştirak edən idmançılar kifayət qədər güclüdür və hərəsinin özünə uyğun potensialı var. Doğrudur, mən qızıl medala iddialı idim. Lakin alınmadı. Bununla belə, əsas odur ki, medal qazandım. İlk Avropa Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm” – deyə ukraynalı idmançı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR