ABŞ Ukraynada hərbi təlimlər keçirəcək

ABŞ Ukraynada hərbi təlimlər keçirəcək
# 25 iyul 2015 02:54 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mark Toner təlimlərin ölkənin qərbində, “Polşa sərhədinin yaxınlığında” keçiriləcəyini bildirib: “Bu Milli Qvardiya ilə keçirilən təlimlərə oxşar tədbirlər olacaq”

Toner qeyd edib ki, keçiriləcək təlimlər ABŞ-Ukrayna arasında uzunmüddətli əməkdaşlığın bir hissəsidir.

Dövlət Departamentinin rəsmi nümayəndəsi təlimlərin Milli Qvardiya ilə yanaşı Silahlı Qüvvələri də əhatə edəcək. O bu addımın Ukrayna hökumətinin dəvəti əsasında həyata keçirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR