Somalidə terror aktı qurbanlarının sayı 512 nəfərə çatıb

Somalidə terror aktı qurbanlarının sayı 512 nəfərə çatıb
# 01 dekabr 2017 02:53 (UTC +04:00)

Somalidə oktyabrın 14-də törədilən terror aktı nəticəsində ölən insanların sayı 512 nəfərə çatıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə, bundan əvvəl oktyabrın 20-də ölənlərin sayının 358 nəfər olduğu təsdiqlənmişdi. Partlayış nəticəsində yaralananların sayının 316 nəfər olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 14-də Moqadişoda otellərdən birinin qarşısında minalanmış yük maşını partladılıb.

Terror aktını törətməkdə “Əl Qaidə” ilə əlaqəli “Əş Şəbab” terror qruplaşması şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR