Ərdoğan bu gün Rusiyaya səfər edəcək

Ərdoğan bu gün Rusiyaya səfər edəcək
# 13 noyabr 2017 06:58 (UTC +04:00)

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

APA-nın məlumatına görə, onun Rusiya prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşü nəzərdə tutulub.

Görüşdə Suriya məsələsi, regional əməkdaşlıq, terrorla mübarizə məsələləri müzakirə ediləcək.

Daha əvvəl jurnalistlərə açıqlamasında R. T. Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR