"Progress-Sığorta Agentliyi"nin lisenziyası dayandırılıb

"Progress-Sığorta Agentliyi"nin lisenziyası dayandırılıb
# 04 dekabr 2017 14:26 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Progress-Sığorta Agentliyi" MMC-nin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş 29.02.2016-cı il tarixli lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb.


MBNP-dən "APA-Economics"ə verilən məlumata görə, Palata tərəfindən aparılmış yoxlama zamanı MMC-nin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmayıb, "Sığorta fəaliyyəti haqqında" qanunun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmayıb. Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün 1 ay müddətinə vaxt verilmişdir və həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR