Liviya ordusunun komandanı Moskvaya səfər edib

Liviya ordusunun komandanı Moskvaya səfər edib
# 27 noyabr 2016 18:41 (UTC +04:00)

Bu gün Liviya ordusunun komandanı Xəlifə Haftar Rusiya paytaxtı Moskvaya səfər edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səfərin səbəbi açıqlanmır.

Bu, general X.Haftarın bu il Rusiyaya sayca ikinci səfəridir. İyunda Moskvaya gələn X. Haftar Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Qeyd edək ki, Xəlifə Haftar İŞİD-in qatı əleyhdarı kimi tanınır. Onun komandanlığı altında olan ordu Benqazi şəhərində terrorçulara qarşı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR