AQTA sədri: "2500-dən çox sahibkar qida təhlükəsizliyi ilə bağlı təlimlərə cəlb olunub"

AQTA sədri: "2500-dən çox sahibkar qida təhlükəsizliyi ilə bağlı təlimlərə cəlb olunub"
# 17 dekabr 2019 11:46 (UTC +04:00)

"Ölkədə ən vacib məsələlərdən biri qida təhlükəsizliyidir".

APA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsinə dair seminarda deyib. O bildirib ki, qida təhlükəsizliyi 3 əsas istiqaməti özündə cəmləşdirə bilib: "Birincisi və ən vacibi əhalinin sağlamlıq göstəriciləridir, ikinci məsələ ölkədə qida məhsullarının ixrac potensialının artırılmasıdır. Əgər məhsulun təhlükəsizlik göstəriciləri yüksək səviyyədə olarsa, o, artıq məhsulun etibarlılığının artırılması deməkdir. Üçüncü vacib məsələ qida məhsullarının sağlam rəqabət mühitinin yaradılmasıdır".

O qeyd edib ki, AQTA yarandığı gündən qida təhlükəsizliyi məsələlərinə əməl edən, DİM istiqamətində irəliləyən sahibkarların yanındadır: "Agentliklə müxtəlif sahibkarlıq subyektləri arasında müxtəlif formatlarda görüşlər keçirilib. Eyni zamanda sahibkarlar üçün təlimlər təşkil edilib. Həmin təlimlər zamanı qida təhlükəsizliyi ilə bağlı 20-yə yaxın mövzu seçilib, 2500-dən çox sahibkar bu təlimlərə cəlb olunub".

Q.Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunda analitik ekspertiza mərkəzinin nəzdində 19 laboratoriya fəaliyyət göstərir: "Həmin laboratoriyalar beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalardır”. Sədr bildirib ki, Agentlik fəaliyyətə başlayan dövrə qədər Avropa İttifaqına ixrac olunan fındığın 1 il ərzində 36 nəqliyyat vasitəsi geri qaytarılıb: "Agentliyik fəaliyyətə başlayandan sonra ölkədən ixrac olunan fındığın 6 nəqliyyat vasitəsi geri qaytarılıb. Onlardan 4-nün təhlükəsizlik göstəricilərində, 2-nin nəqliyyat sənədlərində uyğunsuzluq olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR