İlqar Abbasov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

İlqar Abbasov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
# 09 fevral 2018 14:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İlqar Namaz oğlu Abbasovun II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, İ. Abbasov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Qeyd edək ki, İ. Abbasov Suraxanı rayonu İcra Hakimiyyətinin başçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR