Sabirabadda 3 otaqlı ev, Abşeronda sex yanıb

Sabirabadda 3 otaqlı ev, Abşeronda sex yanıb
# 09 sentyabr 2017 20:47 (UTC +04:00)

Sabirabad və Abşeronda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Narlıq kəndində ümumi sahəsi 150 m2 olan, kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonu, Mehdiabad qəsəbəsində ümumi sahəsi 600 m2 olan, ikimərtəbəli 5 otaqlı sexdə yanğın baş verib. Nəticədə sexin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 300 m2 sahədə və içərisində olan 5 ədəd dəzgah yanıb, yüksək temperaturdan 1-ci mərtəbənin lambirdən ibarət arakəsməsi 140 m2 sahədə əriyib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR