Bu il qarlı yollarda yıxılaraq xəsarət alanların sayı xeyli artıb

Bu il qarlı yollarda yıxılaraq xəsarət alanların sayı xeyli artıb
# 06 fevral 2017 10:00 (UTC +04:00)

Bu il havaların qarlı və şaxtalı keçməsi nəticəsində yıxılaraq xəsarət alanların sayı ötən illərlə müqayisədə xeyli artıb. Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, əgər ötən il qarlı havada yıxılaraq xəsarət alanların sayı 10-12 nəfər idisə, bu il onların sayı 76 nəfər olub. Onun sözlərinə görə, qarlı havalarda sürüşüb yıxılaraq xəsarət alanların 66-sı müxtəlif zədələrlə xəstəxanalara çatdırılıb: “Şaxtalı və qarlı hava şəraiti uzun müddət davam etdikdə xəsarət alnlaırn da sayı çox olur. Ümumilikdə isə son 5 ildə yıxılaraq xəsarət alan və təcili yardıma müraciət edən insanların sayı az olub. Bu il rəqəmlər xeyli yüksəlib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR