Prezident Malayziyanın XV Ali Başçısını təbrik edib

Prezident Malayziyanın XV Ali Başçısını təbrik edib
# 30 avqust 2017 15:20 (UTC +04:00)

Prezident İlham Əliyev Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycanla Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqların mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib. O, bu əlamətdar gündə Malayziyanın XV Ali Başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR