Qusarda traktor aşıb, ölən var

Qusarda traktor aşıb, ölən var
# 23 dekabr 2019 16:59 (UTC +04:00)

Qusar sakini idarə etdiyi traktoru aşırıb.

Daxilli İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 22-nə keçən gecə Qusar rayonunun Gican kəndi ərazisində kənd sakini Zaliddin Əhmədxanov “T-25” markalı traktoru aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR