İyul ayında Azərbaycandan Gürcüstana 160 mindən çox şəxs gedib

İyul ayında Azərbaycandan Gürcüstana 160 mindən çox şəxs gedib
# 03 avqust 2015 13:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. İyul ayında Gürcüstana 737 696 insan səfər edib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 9,5% çoxdur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN informasiya-analitik departamentindən bildirilib.

Məlumata görə, iyul ayında ölkəyə 336 664 turist gəlib. Azərbaycandan Gürcüstana 160 285 nəfər insan gəlib və bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% çoxdur.

Gürcüstana gələn ölkələrdən Ermənistan (180 009 min nəfər) I, Azərbaycan (160 285 min nəfər) II və Türkiyə (152 178 min nəfər) III yeri tutub. Rusiyadan gələnlərin sayı isə 140 390 nəfəri təşkil edib.

Ümumilikdə götürdükdə, bu ilin yanvar-iyul dövründə Gürcüstana 3 069 999 nəfər səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR