Gəncədə avtomobillə vurulan 29 yaşlı qadın və onun azyaşlı bacısı qızı ağır yaralanıb

Gəncədə avtomobillə vurulan 29 yaşlı qadın və onun azyaşlı bacısı qızı ağır yaralanıb
# 21 iyul 2015 15:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15.00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Laçın rayonundan məcburi köçkün olan və Goranboyda məskunlaşan 1992-ci il təvəllüdlü Laçın Süleymanov idarə etdiyi “VAZ2106” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakini, 1986-cı il təvəllüdlü Vəfa Məmmədova və onun bacısı qızı, 12 yaşlı Günel Budaqini vurub. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR