"Bank Silk Way" bu il 3 mln. manat mənfəət əldə edib

"Bank Silk Way" bu il 3 mln. manat mənfəət əldə edib
# 12 iyul 2017 12:26 (UTC +04:00)

2017-ci ilin I yarısında "Bank Silk Way" ASC-nin aktivlərinin həcmi 411 mln. 349,65 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,88% çoxdur.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 8,49% artaraq 375 mln. 649,66 min manat olub.


Bankın depozit portfeli 2017-ci ilin yanvar-iyun ayları ərzində 17,46% artaraq 174 mln. 91,45 min manata çatıb. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 143,351 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,26% çoxdur.

Hesabat dövründə bankın öhdəliklərinin həcmi 13,53% artaraq 292 mln. 617,74 min manat təşkil edib.

2017-ci ilin iyunun 30-na bankın nizamnamə kapitalı 6,30% artaraq 107 mln. 945,41 min manat təşkil edib. Bankın məcmu kapitalı isə 6,42% artaraq 113 mln. 404,38 min manata çatıb ki, bu da tənzimləyicinin kapitala dair minimal tələbdən (50 mln. manat) 2,3 dəfə çoxdur.

Cari ilin ilk yarısını bank 2 mln. 959,06 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR