İŞİD İraqda polis məntəqəsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

 İŞİD İraqda polis məntəqəsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 03 yanvar 2017 00:10 (UTC +04:00)

İŞİD terror qruplaşması İraqda polis məntəqəsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

Ötən axşam İraqın Səmarra şəhərində bir qrup terrorçunun polis məntəqəsinə hücumu nəticəsində 7 nəfər ölüb. Terrorçulardan ikisi özlərini polis məntəqəsinin girişində partladıb, digərləri isə binaya daxil olaraq polis əməkdaşlarına atəş açıblar.

İraq ordusunun keçirdiyi əməliyyat nəticəsində terrorçular məhv edilib, Səmarrada komendant saatı tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR