Dünya Bankı Azərbaycanda yeni layihə həyata keçirir

Dünya Bankı Azərbaycanda yeni layihə həyata keçirir
# 18 yanvar 2018 14:11 (UTC +04:00)

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi üçün əlavə maliyyələşdirmə” layihəsi ilə bağlı müzakirələr aparılıb.

Ə. Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Dünya Bankının bu missiyasının da fəaliyyəti ilə bağlı məlumatlı olduğunu qeyd edən Ə. Həsənov deyib ki, missiya ölkənin müxtəlif bölgələrində olub, layihə yerlərində görülən işlərlə tanış olub: “Hesab edirəm ki, kifayət qədər lazımi işlər görülüb”.

Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru layihə yerlərində olduqlarını, görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıb. Dünya Bankı tərəfindən həyata keçirilən bir çox layihələrdən danışan N. H. Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Ə. Həsənov isə “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi üçün əlavə maliyyələşdirmə” layihəsinin də uğurla icra olunacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR