Ermənistanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb

Ermənistanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb
# 02 oktyabr 2017 15:52 (UTC +04:00)

Naməlum şəxs İrəvandakı “Ermənistan” tibb mərkəzinə girərək odlu silahdan nizamsız atəş açıb.

APA-nın məlumatına görə, bu barədə “news.am” Ermənistan polisinin mətbuat xidmətinə istinadən yazıb.

Şübhəli şəxs silahı çantasında gizlədərək xəstəxanaya daxil olub. Atəş açdıqdan sonra hadisə yerindən qaçmağa çalışsa da, mərkəzin təhlükəsiz xidməti əməkdaşları onu saxlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR