BTC-də payçı olan Fransa şirkətinin mənfəəti azalıb

BTC-də payçı olan Fransa şirkətinin mənfəəti azalıb
# 26 aprel 2018 13:57 (UTC +04:00)

2018-ci ilin birinci rübünün nəticələrinə görə, Fransanın “Total” şirkətinin xalis mənfəəti 4,7% azalaraq 2,649 mlrd. dollara çatıb. “APA-Economics”in məlumatına görə, bu barədə şirkətin rüblük hesabatında deyilir.

Məlumata görə, şirkətin hər səhminə görə korrektə edilmiş xalis mənfəəti bir il əvvəli 1,01 dollara qarşı 1,09 dollar təşkil edib. Hesabat dövründə “Total”ın gəlirləri 20,5% artaraq 49,611 mlrd. dollara çatıb.

Bu ilin yanvar-mart aylarında kartbohidrogenin orta hasilatının həcmi gündəlik olaraq 2,703 mln. barel neft ekvivalenti təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5% çoxdur. 2018-ci ildə şirkət yenə də 6: hasilatın artacağını gözləyir. Bu isə 2016-2022-ci illər üzrə ümumilikdə illik hasilat göstəricisi 5% səviyyəsində saxlanılacaq.

“Total” şirkətinin rəhbəri Patrik Puyanne bildirib ki, birinci rübdə hasilatın səviyyəsi rekord gündəlik 2,7 mln. barel göstəricisini üstələyib ki, bu da illik artım nisbətində 5%-dən çoxdur.

Qeyd edək ki, Fransanın “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində 5% səhm payına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR