Kürdəmirdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Kürdəmirdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 29 noyabr 2016 07:57 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Kürdəmir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF noyabrın 24-də Kürdəmir rayonunun Atakişili kəndində işgüzar forum keçirib. Sahibkarlardan ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, taxılçılıq və cins heyvandarlıq təsərrüfatlarının, soya əkini, ət-sümük unu və çörək istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR