Donald Tramp sanksiyalar barədə qanunu imzalayıb

Donald Tramp sanksiyalar barədə qanunu imzalayıb
# 01 avqust 2017 10:29 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə Konqresin qəbul etdiyi qanunu imzalayıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu hazırda Gürcüstanda səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib. Beləliklə, qanun qüvvəyə minib.

“Prezident Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qanunu imzalayıb. Biz sanksiyaların ləğvini istəyirik, lakin bu, yalınız Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi halında mümkündür. Lakin Rusiyanın son diplomatik addımları təəssüf ki, bunun əksini göstərir”, - deyə M. Pens vurğulayıb.

Qeyd edək ki, iyulun 25-də Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib. Qanunda Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə qarşı yeni sanksiyaların tətbiqi, eləcə də Barak Obama dövründə tətbiq olunmuş sanksiyaların qanunlaşdırılması əksini tapıb. Bundan sonra prezident yalnız Konqresin icazəsi ilə həmin sanksiyaları ləğv edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR