Ucarda atmosferi çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib

Ucarda atmosferi çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib
# 08 avqust 2017 08:43 (UTC +04:00)

Ucarda atmosferi normadan artıq dəm qazı ilə çirkləndirən avtomobil sahiblərinə qarşı reyd keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarından Ucar Rayon Yol Polisi Bölməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri reyd zamanı, 40-a yaxın avtomobil saxlanılıb, 30-a yaxın sürücüyə inzibati protokol tətbiq olunub.

İnzibati protokollar əsasən yoxlamalar zamanı müəyyən edilmiş atmosferi ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirən avtomobil sahiblərinə, təhlükəsizlik kəmərindən istifadə etməyənlərə, əlavə avadanlıq quraşdıranlara, sürücülük hüququ olmadan avtomobil idarə edənlərə tətbiq olunub.

Yol Polisi Bölməsinin baş inspektoru Seymur Tağıyev reydin keçirilməsində əsas məqsədin atmosferin zərərli maddələrlə çirklənməsinin qarşısının almaq, yollarda baş verən qəzaların, sürət həddini aşan, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, texniki baxışdan keçməyən sürücüləri aşkar etməkdən ibarət olduğunu deyib.

Rəis müavini qeyd edək ki, reydlər bu ayın sonlarına kimi mütəmadi olaraq davam edəcək.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvərlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR