Aralıq dənizində miqrantları daşıyan qayıq hərbi gəmi ilə toqquşub, 34 nəfər ölüb

Aralıq dənizində miqrantları daşıyan qayıq hərbi gəmi ilə toqquşub, 34 nəfər ölüb
# 16 oktyabr 2017 23:40 (UTC +04:00)

Aralıq dənizində miqrantları daşıyan qayıq Tunis Hərbi-Dəniz Qüvvələrinə məxsus hərbi gəmi ilə toqquşub.

APA-nın məlumatına görə, bu barədə “Tunis Afrique Presse” agentliyi xəbər verib.

Hadisə nəticəsində azı 34 nəfər ölüb. Ötən gün xilasedicilər 16 nəfərin meyitini sudan çıxarıblar.

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Tunisin müdafiə nazirliyi qəzanın səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR