Poroşenko Ukraynanın ən böyük problemini açıqlayıb

Poroşenko Ukraynanın ən böyük problemini açıqlayıb
# 11 fevral 2018 00:10 (UTC +04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko korrupsiyanı ölkənin ən böyük problemi adlandırıb. APA-nın xəbərinə görə, P.Poroşenko bunu “Profil” jurnalına müsahibəsində bildirib.

“Korrupsiya Ukraynanın ən böyük problemi olub və qalmaqdadır”, - deyə Poroşenko qeyd edib.

Prezident qeyd edib ki, oliqarxlar, siyasətçilər və məmurlar tərəfindən ölkədən qanunsuz çıxarılan vəsaitlərin qaytarılması üçün Ukrayna tərəfi qərb ölkələrin xüsusi xidmət qurumları əməldaşlığı davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR