Çin şirkəti Azərbaycan bazarını tərk edib

Çin şirkəti Azərbaycan bazarını tərk edib
# 26 iyul 2017 07:12 (UTC +04:00)

"Jinggong Steel Azerbaijan" MMC ləğv olunub.

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, müvafiq qərar MMC-nin təsisçiləri Chen Guodong və "Jinggong Steel International Co. Limited" tərəfindən cari ilin iyulun 25-də qəbul olunub.

Bununla bağlı "Jinggong Steel Azerbaijan" MMC-nin kreditorları bu məlumatın dərc edildiyi gündən 60 gün ərzində öz tələblərini şirkətin yerləşdiyi Xəzər rayonu, Mərdəkan STQ, Bağ sahəsi, ev 1889 ünvanında irəli sürə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR