Neftçalada avtomobil su kanalına düşüb, sürücü ölüb - VİDEO

Neftçalada avtomobil su kanalına düşüb, sürücü ölüb - <span style="color: red;">VİDEO
# 29 avqust 2015 07:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Neftçalada avtomobil su kanalına düşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Neftçala rayonunda su kanalına içərisində bir nəfər olan “VAZ” markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR