İsrail dövləti payız tətilləri zamanı vətəndaşlarını Azərbaycana səfər etməkdən çəkinməyə çağırıb

İsrail dövləti payız tətilləri zamanı vətəndaşlarını Azərbaycana səfər etməkdən çəkinməyə çağırıb
# 25 avqust 2015 09:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsrail dövlətinin terrorçuluqla mübarizə bürosu ölkədə payız aylarındakı tətil günləri zamanı əhalinin səfər etməkdən çəkinməli olduğu ölkələrin siyahısını açıqlayıb.

APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan İsrail xalqı üçün potensial təhdidin davam etdiyi ölkə kimi qeyd olunub. Bu siyahıda Türkiyənin də adı var.

Ümumilikdə bəyanatda 27 dövlətə səfərlərin İsrail vətəndaşları üçün təhdid olduğu bildirilib. Daha 6 ölkə, o cümlədən İran "xüsusilə təhlükəli ölkələr" siyahısına salınıb. Daha 8 turizm bölgəsinin adı da təhlükəli ərazilər siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR