Nazir: "Azərbaycan bəzi məhsulları Çinə üçqat ucuz ixrac edə bilər"

Nazir: "Azərbaycan bəzi məhsulları Çinə üçqat ucuz ixrac edə bilər"
# 19 sentyabr 2017 14:48 (UTC +04:00)

"Azərbaycanla Çin arasında kənd təsərrüfatı sahəsində əsas problem ixrac potensialının artırılmasıdır. Hazırda Çinlə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində münasibətlər artan xətlə davam edir".

APA-nın xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında kənd təsərrüfatı sahəsində idxal cəmi 8 mln. dollar, ixrac isə 2 mln. dollardan artıq olmayıb.


"Bu gün mövcud sahədə əsas məsələ ixrac potensialını artırmaq problemidir. Artıq ixracı artırmaq üçün böyük potensialımız var. Çinə yun, meyvə, şərab məhsullarını 2-2,8 dəfə daha ucuz ixrac edilə bilərik. Bundan sonrakı danışıqlarda əsasən bu məsələlər yer tutacaq. Kənd təsərrüfatı sahəsinin İKT avadanlıqları ilə təmin edilməsi iqtisadi-siyasi münasibətləri özündə əks etdirməklə yanaşı, İKT sahəsi üzrə bilik və bacarıqlarının artırılmasında müstəsna rol oynayacaq", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR