Umayra Tağıyeva: "Son dövrlər Abşeronda və Bakıda dumanlı günlərin sayı artıb"

Umayra Tağıyeva: "Son dövrlər Abşeronda və Bakıda dumanlı günlərin sayı artıb"
# 25 dekabr 2019 16:42 (UTC +04:00)

“Son günlər havanın bu fəsil üçün xarakterik olmayan formada isti keçməsi meteohəssas insanlara mənfi təsir göstərmir. Çünki insanların istənilən hava şəraitinə uyğunlaşması baş verir”.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bizim vətəndaşlar şimal ölkəsinə səyahət edəndə iqlim fərqinin yaranması onlara mənfi təsir edir: “Azərbaycanda, xüsusilə də Abşeron zonasında yaşayanlar isə qışın mülayim-isti keçməsinə öyrəşiblər".

U. Tağıyeva qeyd edib ki, hava şəraiti anomal isti keçəndə azhərəkətli hava kütləsi yaranır və belə şəraitdə temperatur yüksəlməsi müşahidə olunur: "Bu da qatı dumanın yaranması üçün zəmin yaradır. Sahildə yerləşdiyi üçün son döbrlərdə Abşeron yarımadasında və Bakıda dumanlı günlərin sayı artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR