Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 29 may 2018 13:17 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurinə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirakına görə minnətdarlığını bildirib.

Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyətini qeyd edib və bu tədbirə dəvətə görə minnətdarlığını bildirib. O, Bakıya bu səfəri zamanı inanılmaz inkişafın şahidi olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Qaz İxrac Edən Ölkələr Forumu arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğulayıb.

Yuri Sentyurin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulmasından keçən dövr ərzində ölkəmizin təşkilatın fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verdiyini xüsusi qeyd edib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR