Kabildə BMT strukturlarından birinə məxsus avtomobil partladılıb.
APA-nın xəbərinə görə, bu barədə Əfqanıstanın “Ariana News” agentliyi məlumat yayıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasrat Rəhimi bildirib ki, Kabildə akkreditasiyadan keçən BMT strukturlarından birinə məxsus avtomobil partladılıb, 1 əcnəbi ölüb. Partlayış nəticəsində 5 nəfər də yaralanıb.
Ölən və yaralanan şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmır.
Hələ partlayışa görə hər hansı qruplaşma məsuliyyəti üzərinə götürməyib.