"AGBank"ın kredit portfelinin 48%-i problemlidir

"AGBank"ın kredit portfelinin 48%-i problemlidir
# 20 aprel 2017 10:36 (UTC +04:00)

2017-ci il aprelin 1-ə “AGBank”ın cəmi aktivləri 505,752 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,23% azdır.

APA-Economics” xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 287,537 mln. manat təşkil edib ki, bu da 21,5% azalma deməkdir. Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi isə 60% artaraq 140,249 mln. manat təşkil edib. Bu isə ümumi kredit portfelinin 48,7%-i deməkdir.

Depozit portfeli hesabat dövründə 4,48% azalaraq 210,399 mln. manata enib. Əhalinin əmanətlərinin həcmi isə 151,095 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,08% azalma deməkdir. Bankın öhdəlikləri isə 4,4% artaraq 453,514 mln. manat olub.

Hesabat dövründə “AGBank”ın nizamnamə kapitalı 0,69% artaraq 102 mln. 200 min manat təşkil edib.

Qeyd edək ki, “AGBank” cari ilin ilk rübünü 1 mln. 807,450 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR