Bank Of Baku

Dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı xərcləri kəskin azalıb

Dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı xərcləri kəskin azalıb
# 10 avqust 2021 17:16 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,6% və ya 33,8 mln. manat azalaraq 73,1 mln. manat icra edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

Mənzil və kommunal təsərrüfatı xərcləri 100,7 mln. manat proqnoza qarşı 72,7% və ya 27,5 mln. manat kəsrlə icra edilərək illik proqnozun 27,8%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında mənzil və kommunal təsərrüfatı xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında çox, digər aylarda az icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR