Sabah Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq

Sabah Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq
# 09 iyul 2017 14:56 (UTC +04:00)

Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən APA-ya verilən məlumata görə, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək.

Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR