Bərdədə ev yanıb

Bərdədə ev yanıb
# 05 mart 2017 17:02 (UTC +04:00)

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR