Salyanda ev yanıb, iki nəfər yanaraq ölüb

Salyanda ev yanıb, iki nəfər yanaraq ölüb
# 26 fevral 2017 05:29 (UTC +04:00)

Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR