Bank Of Baku

Bu il DGK xətti ilə büdcə daxilolmaları 3% artıb

Dövlət Gömrük Komitəsi

© APA | Dövlət Gömrük Komitəsi

# 06 avqust 2021 13:22 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 424 032,3 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çoxdur.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,6% artaraq 657 018,4 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 2,5% azalaraq 1 649 758  min manata bərabər olub.

Aksizlər üzrə yanvar-iyul aylarıda daxilolmalar 92 736,7 min manat təşkil edib və illik 18,2% artıb.

Yol vergisi üzrə daxilolmaların həcmi 24 519,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 13,8% artıb.

Bu ilin iyul ayında Komitənin xətti ilə dövlət büdcəsinə 385 796,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 13,4%, bu ilin iyun ayı ilə müqayisədə isə 2,5% artıb.

Bu ilin iyul ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,2% artaraq 99 471,3 min manat olub. Bu ilin iyun ayı ilə müqayisədə isə bu göstərici 4,6% azalıb.

Həmçinin, cari ilin iyul ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 10,9% artaraq 267 642,1 min manat (bu ilin iyun ayı ilə müqayisədə 5,9% artıb), aksizlər üzrə 14 909,8 min manat (iyun ilə müqayisədə 4,9% azalıb, illik 26,2% artıb), yol vergisi üzrə daxilolmalar isə 3 773,7 min manat (aylıq 3,5%, illik 32,9% artıb) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR