Beyləqanda mağaza yanıb

Beyləqanda mağaza yanıb
# 27 fevral 2017 09:11 (UTC +04:00)

Beyləqanda mağaza yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli ərzaq mağazasında 12 m2 sahədə taxta rəflər və ərzaq malları yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 130 m2 sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR