Azərbaycanda bankların müştəri bazası 10% artıb

Azərbaycanda bankların müştəri bazası 10% artıb
# 15 yanvar 2018 13:35 (UTC +04:00)

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 57 466 nəfər və ya 0,99% artaraq cari il ötən ilin dekabrın 1-nə 5 874 843 nəfər təşkil edib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Müştərilərin 5 787 548 nəfəri fiziki, 87 295 nəfəri hüquq şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 55 387 nəfər və ya 0,97%, hüquqi şəxslərdə isə 2 079 nəfər və ya 2,44% artım qeydə alınıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım olub. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 3 730 nəfər və yaxud 1,65% artaraq 229 992 nəfərə çatıb.

Hesabata əsasən, bankların müştəri bazasında ilin əvvəli ilə müqayisədə isə 522 387 nəfər və ya 9,76%, 2016-cı ilin eyni dövrü ilə müqayisədə isə 540 759 nəfər və ya 10,13% artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR