Hindistan səfiri: "Plastiklərdən istifadəni azaltmaq üçün birgə fəaliyyətə ehtiyac var"

Hindistan səfiri: "Plastiklərdən istifadəni azaltmaq üçün birgə fəaliyyətə ehtiyac var"
# 06 iyun 2018 13:04 (UTC +04:00)

Hindistanın Bakıdakı ыəfirliyi Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Milli Elmlər Akademiyasının Mərdəkan qəsəbəsində yerləşən Dendroloji Parkının və tələbələrin iştirakı ilə 5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə ağacəkmə aksiyası keçirib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, aksiyada iştirak edən səfir Sanjay Rana bildirib ki, 2018-ci ildə Ümumdünya Ətraf Mühit Gününün mövzusu “Plastik tullantılarla çirklənməyə son qoymaq” seçilib: “Bu mövzu təbii məkanlarımıza, canlı təbiətimizə və öz sağlamlığımıza qarşı plastik çirklənmənin ağır yükünü azaltmaq üçün hər kəsi gündəlik həyatlarında dəyişikliklər edə biləcəyini düşünməyə dəvət edir. Plastikin bəzi faydaları olduğundan biz ciddi ekoloji nəticələrə səbəb olan tək istifadəli və ya birdəfəlik plastikləri çox arxayn istifadə etməyə başlamışıq”.

Səfir plastiklərdən istifadəni azaltmaq üçün birgə fəaliyyət göstərməyə ehtiyac olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR