Hindistanda BRİKS təşkilatının VIII sammitinin rəsmi açılış mərasimi olub

Hindistanda BRİKS təşkilatının VIII sammitinin rəsmi açılış mərasimi olub
# 16 oktyabr 2016 08:10 (UTC +04:00)

Bakı-APA. Hindistanın Qoa əyalətində BRİKS (Braziliya, Rusiya, Çin. Hindistan və Cənubi Afrika Respublikası) təşkilatının VIII sammitinin rəsmi açılış mərasimi olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl BRİKS liderlərinin qeyri-formal görüşü şənbə günü qeyri-formal şam yeməyində baş tutub.

Həmin gün liderlər Hindistanın mili paltarında fotoşəkil çəkdiriblər. Bu gün liderlər öncə görüşlər keçirəcək, birgə sənədlər imzalayacaqlar. İmzalanacaq sənədlər arasında yaxın perspektivdə prioritetləri müəyyənləşdirən Qoa Bəyannaməsi, o cümlədən iqtisadiyyat, maliyyə və humanitar sahələrdə əməkdaşlıqla bağlı sənədlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR