Bu ilin 6 ayında 1587 əcnəbiyə fərdi şəxsi hesab açılıb

Bu ilin 6 ayında 1587 əcnəbiyə fərdi şəxsi hesab açılıb
# 27 iyul 2018 11:05 (UTC +04:00)

"Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirlər əldə edən əcnəbilər də məcburi dövlət sosial sığorta sisteminə cəlb olunurlar".

"APA-Economics"in məlumatına görə, cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi uçot sistemində əlavə olaraq 1 587 əcnəbiyə fərdi şəxsi hesab açılıb. 2018-ci ilin 01 iyul tarixinə fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir. Onların sırasında Türkiyə (20 174 nəfər), Gürcüstan (4 698 nəfər) və Rusiya (2 927 nəfər) vətəndaşları çoxluq təşkil edir.

Fondun fərdi uçot sistemində ümumilikdə 142 ölkənin vətəndaşları qeydiyyatdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR