Azərbaycandakı dini konfessiyaların liderləri Brüsselə səfər edəcəklər

Azərbaycandakı dini konfessiyaların liderləri Brüsselə səfər edəcəklər
# 20 sentyabr 2017 13:16 (UTC +04:00)

Gələn həftə ilk dəfə Avropa İttifaqının Bakı Nümayəndəliyi Azərbaycandakı dini konfessiyaların liderlərinin və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək.

APA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O qeyd edib ki, 7 dini konfessiya lideri bu səfərdə iştirak edəcək. Səfər sentyabrın 25-28-də baş tutacaq.

Səfər çərçivəsində görüşlər Aİ institutlarında və NATO-da keçiriləcək.

K. Yankauskas bildirib ki, Azərbaycan dini tolerantlığı və dərin ənənələri ilə tanınan bir ölkədir: “Bu dəyərlər bizim üçün çox vacibdir. Biz bu sahədə əlaqələri inkişaf etdirmək istəyirik. İnanıram ki, bu səfər bu istiqamətdə müsbət rol oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR