Buenos-Ayres aeroportu fəaliyyətini dayandırıb

Buenos-Ayres aeroportu fəaliyyətini dayandırıb
# 08 mart 2019 05:38 (UTC +04:00)

Buenos-Ayresdəki “Jorge Newbery” aeroportu müvəqqəti fəaliyyətini dayandırıb.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, əksər regional reyslərin, o cümlədən bir sıra beynəlxalq uçuşların həyata keçirildiyi aeroportun fəaliyyətini dayandırmasına səbəb Rosario şəhərindən enən sanitar təyyarəsinin uçuş-eniş xəttindən kənara çıxması olub.

Buna səbəb güclü külək və yağış olub. Hadisə zamanı təyyarədə olan iki pilot və həkim xəsarət almayıb.

Yaxın saatlarda təyyarənin yedəyə alınaraq ərazidən uzaqlaşdırılması və aeroportun fəaliyyətini bərpa etməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR