İki xarici şirkət Azərbaycan bazarını tərk edib

İki xarici şirkət Azərbaycan bazarını tərk edib
# 09 avqust 2017 07:37 (UTC +04:00)

“Ghid Solutions SAP” şirkətinin Azərbaycandakı filialı şirkətin 21 iyun 2017-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla əlaqədar Azərbaycanda dövlət qeydiyyatının təvsiyyəsini elan edir.

APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, bütün tələblər, bildirişlər, iddialar yaxud sorğular filialın kreditorları tərəfindən bu elan dərc edildiyi gündən 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı ev 20 ünvanına bildirilə bilər.

Bundan başqa, “LINOS Qayrimenkul Yatirim İnshaat Turizm İthalat İhracat və Ticaret Ltd.” şirkətinin Azərbaycandakı filialı ləğv olunub.

Kreditorlar tələbələrini Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi ev 7 mənzil 30 ünvanına bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR