"Xalq Bank"ın depozit portfeli 2% azalıb

"Xalq Bank"ın depozit portfeli 2% azalıb
# 14 aprel 2017 09:07 (UTC +04:00)

2017-ci il martın 1-nə "Xalq Bank" ASC-nin aktivlərinin həcmi 1 mlrd. 649,845 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,13% azalma deməkdir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində bankın kredit portfeli 0,88% azalaraq 1 mlrd. 263,263 mln. manat olub.

Hesabat dövründə bankın depozit portfeli 1,78% azalaraq 1 mlrd. 79,285 mln. manat, öhdəliklərin həcmi isə 1,6% azalaraq 1 mlrd. 408,390 mln. manat olub.

2017-ci ildə bankın məcmu nizamnamə kapitalı dəyişməyərək 211 mln. 646,49 min manat təşkil edib.

Bank bu ilin ilk 2 ayını 1 mln. 576 min 890 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR