Tbilisidə “Abşeron rəngləri” sərgisi açılıb

Tbilisidə “Abşeron rəngləri” sərgisi açılıb
# 18 may 2018 17:57 (UTC +04:00)

Tbilisidə “Akhundov House” incəsənət qalereyasında Azərbaycanın tanınmış rəssamı İntiqam Ağayevin “Abşeron rəngləri” adlı fərdi sərgisi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, sərgidə rəssamın Abşeron və Bakının aurası, tarix və mədəniyyəti, İçəri şəhərin zəngin koloritli peyzajlarının əks olunduğu əsərləri təqdim olunub. Sərgi Gürcüstanın Azərbaycanlı Fəal Qadınlar Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən “Akhundov House” incəsənət qalereyasının direktoru Arçil Bejanişvili sərgilənən əsərlərin parlaq rənglərlə fırçaya alındığını bildirib: "Əsərlərin belə gözəl olduğunu heç təsəvvür etmirdim".

Gürcüstanın Azərbaycanlı Fəal Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva sərginin Gürcüstan və Azərbaycanın ilk respublikalarının 100 illiyinə həsr olunduğunu deyib.

İ.Ağayev öz növbəsində sərginin təşkil olunmasına dəstək olanlara təşəkkürünü bildirib: "Sərgidə 25-ə yaxın əsər yer alıb. Bu əsərlər mənim təəssüratlarımdır. Təəssüratlarımı dost xalq olan gürcülərlə bölüşmək istədim".

Sərginin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Sərgi sabah da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR